“Gənc əsgərləri qızğın döyüşlərə göndərirdilər” - Gevorqyan

“Gənc əsgərləri qızğın döyüşlərə göndərirdilər” -   Gevorqyan
  28 Yanvar 2021    Oxunub:2341
Tanınmış erməni ictimai fəal Aram Gevorqyan sosial şəbəkələrdə növbəti müharibə qurbanı haqqında məlumat yayıb.
Azvision.az -ın məlumatına görə, o bildirib ki, Edqar adlı erməni əsgər cəmi 18 yaşında idi və döyüşə gedərkən hərbi təcrübəsi olmayıb.

"Edqar 2020-ci ilin iyul ayında orduya çağırıldı. Müharibə başlayanda Cəbrayılda xidmət edirdi. Üç aylıq əsgəri Cəbrayıl, Füzuli, Hadrut və Qırmızı bazarda gedən qızğın döyüşlərə göndərdilər. O, 30 oktyabrda Xocavənd rayonunun Kert kəndi yaxınlığında tapşırıq yerinə yetirərkən PUA ilə vurularaq öldürülüb.

Hər dəfə öldürülən 2-3 aylıq hərbçilər haqqında xəbərləri eşidəndə, iki illik təlimlərdə olmuş, müharibəyə çağırılmayan və hərbi komissarlıqlardan xəbər gözləyən ehtiyatda olanları xatırlayıram.

Hər dəfə oğlanlarımızın PUA-larla öldürüldüyünü eşidəndə Arayik Arutyunyanın efirdə dediyi sözləri xatırlayıram: "Bu gün əminliklə bildirmək istəyirəm ki, yalnız Xankəndi səması deyil, Qarabağın da səması da tamamilə qorunur."

Qeyd edək ki, Aram Gevorqyan tez-tez müharibədə öldürülmüş və adı xalqdan gizlədilən hərbçilər, yaxud da döyüş təcrübəsi olmayan çağırışçılar, müəmmalı şəkildə ölən əsgərlərlə bağlı məlumatlar paylaşır.

Tural Tağıyev
Azvision.az


Teqlər: PUA   Əsgər   Gevorqyan  





Xəbər lenti