Paşinyanın istefası tələbilə etiraz aksiyası başlayıb

 Paşinyanın istefası tələbilə etiraz aksiyası başlayıb
  28 Yanvar 2021    Oxunub:2749
Ermənistanın paytaxtı İrəvandakı Respublika meydanında baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyası başlayıb.
Azvision.az xəbər verir ki, aksiyada müxalif siyasətçilər, ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri iştirak edirlər.

Etiraz aksiyası "Vətənin xilası" hərəkatı tərəfindən təşkil edilib.

"Biz burada bütün vicdanlı və layiqli vətəndaşları gözləyirik", - deyə aksiyada çıxış edənlər bildiriblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Ermənistan   Aksiya  





Xəbər lenti