“Müharibədə çox sayda itki verdik” - Paşinyandan Makrona mesaj

“Müharibədə çox sayda itki verdik” -  Paşinyandan Makrona mesaj
  28 Yanvar 2021    Oxunub:4924
Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuanla görüşüb.

Azvision.az xəbər verir ki, Paşinyan Qarabağ müharibəsi günlərində göstərdikləri dəstəyə görə Fransa xalqına və bu ölkənin rəhbərliyinə təşəkkür edib.
"Əlbəttə, çox çətin bir müharibədən keçdik, çətin günlər yaşadıq, çox sayda itki verdik və çox ağır vəziyyət yarandı. Bu səfər mövcud problemlər və yaranmış yeni imkanların istifadəsi baxımından vacibdir", - Paşinyan deyib.

Paşinyanın yol qorxusu - Baş nazir niyə helikopterlə gəzir?
Öz növbəsində Lömuan, Fransa tərəfinin ermənilərin ehtiyaclarına dərhal reaksiya verməsinin vacib olduğunu qeyd edib. Dövlət katibi, həmçinin dekabr ayında humanitar yardım təyyarələrinin Ermənistana çatdırıldığını və bunun iki ölkə arasındakı dostluğa nümunə olduğunu deyib.

Onun sözlərinə görə, indi iqtisadi proqramlara önəm verilir və bu baxımdan nümayəndə heyəti müxtəlif görüşlər keçirəcək.

Görüş zamanı investisiyaların cəlb edilməsi, qarşılıqlı iqtisadi əməkdaşlıq, həmçinin yüksək texnologiyalar, kənd təsərrüfatı, nəqliyyat, rəqəmsal yeniliklər və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Xatırladaq ki, fransalı dövlət katibi bundan əvvəl Azərbaycanda səfərdə olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan   Ermənistan   Fransa  





Xəbər lenti