İran və Almaniya səfirlərinin Qarabağ müzakirəsi

İran və Almaniya səfirlərinin Qarabağ müzakirəsi
  28 Yanvar 2021    Oxunub:2724
Bu gün İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi almaniyalı həmkarı Volfqanq Maniqlə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə iranlı diplomat “Twitter” səhifəsində yazıb

“Bu gün Almaniyanın Azərbaycandakı səfiri, dostum və həmkarım Volfqanq Maniqlə səmimi bir görüş oldu. İkitərəfli münasibətlərimizi, son Qarabağ müharibəsini, İranın bölgədəki konstruktiv və kooperativ siyasətini, Birgə Hərtərəfli Fəaliyyət Planını müzakirə etdik", - deyə səfir əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   İran   Səfir  





Xəbər lenti