Lavrov və Borell Qarabağdan danışacaqlar

 Lavrov və Borell Qarabağdan danışacaqlar
  28 Yanvar 2021    Oxunub:2537
Fevralın 5-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrellə danışıqlar aparacaq.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, tərəflər Dağlıq Qarabağda vəziyyətin sabitləşdirilməsi ilə bağlı müzakirələr aparacaq.

Bundan əlavə, Qərbi Balkanlar, Yaxın Şərq, Şimali Afrika və MDB-dəki vəziyyət daxil olmaqla beynəlxalq gündəmin aktual məsələləri ilə bağlı geniş fikir mübadiləsi planlaşdırılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Zaxarova   Rusiya   Qarabağ  





Xəbər lenti