BMT Qarabağa qiymətləndirmə missiyası göndərəcək - Zaxarova

 BMT Qarabağa qiymətləndirmə missiyası göndərəcək -  Zaxarova
  28 Yanvar 2021    Oxunub:3309
Rusiya beynəlxalq strukturları Dağlıq Qarabağda humanitar yardım fəaliyyətinə qoşulmağa çağırıb.
Azvision.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, hazırda Beynəlxalq Qırmızı Xaç Komitəsi Dağlıq Qarabağ və ona bitişik bölgələrdə fəal iş aparır.

Mariya Zaxarova kimin maraqlarına xidmət edir?
“BMT sisteminin ixtisaslaşmış qurumlarına gəlincə, təşkilat rəhbərliyi Azərbaycan və Ermənistan tərəfi ilə təmasdadır, Dağlıq Qarabağa hərtərəfli qiymətləndirmə missiyasının göndərilməsi üçün danışıqlar aparır.

Rusiya BMT-nin İrəvan və Bakı ilə humanitar məsələlərdə əməkdaşlığını dəstəkləyir. Moskva özü də Qarabağdakı vəziyyətin yaxşılaşdırılmasına töhfəsini verir", - deyə Zaxarova əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Zaxarova   Rusiya  



Xəbər lenti