24 aptekin personalı işdən çıxarıldı |
Daxil olan məlumatların araşdırılması məqsədilə ixrac olunan pomidor məhsullarında qonur qırışıqlıq virusunun aşkarlandığı iddia olunan təsərrüfatlardan, geri qayıdan yük partiyalarından, həmçinin daxili bazarlarda satışa çıxarılan pomidor məhsullarından nümunələr götürülərək qonur qırışıqlıq virusu və digər viruslar üzrə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Fitosanitar Laboratoriyasında və Türkiyə Cumhuriyyətinin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Ankara şəhərində yerləşən Zirayi Mücadilə Mərkəzi Araşdırma İnstitutunun beynəlxalq akkreditasiyalı laboratoriyasında müayinə olunub. Bildirilir ki, bugünədək aparılan müayinələr zamanı müxtəlif təsərrüfatlardan, geri qayıdan yük partiyalarından və daxili bazarlarda satışa çıxarılan pomidor məhsullarından götürülən nümunələrdə qonur qırışıqlıq virusu və digər viruslar aşkar olunmayıb. Hazırda bu sahədə fəaliyyət göstərən mütəxəssislər tərəfindən pomidor məhsulunda iddia olunan qonur qırışıqlıq virusunun tədqiqi işləri davam etdirilir, aparılan tədqiqat işləri ilə bağlı mütəmadi olaraq məlumat veriləcək.
Bütün bunlarla yanaşı, əldə olunmuş razılığa əsasən aparılan araşdırmaların nəticələri və qeyd olunan virusun aşkar olunmadığını sübut edən müayinələrin nəticələri ilə bağlı sənədlər toplusu Qazaxıstan Respublikasının səlahiyyətli orqanına göndərilib.
Hazırda aidiyyəti qurumlarla birgə Qazaxıstan Respublikasının müvafiq qurumu ilə bu istiqamətdə danışıqlar davam etdirilir və nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Azvision.az