|
| XİN vətəndaşlara xəbərdarlıq etdi: Ora getməyin! |
Məlum olduğu kimi, Ermənistanda nasizmin təbliği və faşizmin qəhrəmanlaşdırılmasının dövlət siyasətinə çevrildiyi tərəfimizdən dəfələrlə, o cümlədən ən yüksək səviyyədə qaldırılmışdır. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidentinin 2019-cu ildə MDB Dövlət başçıları Şurasının iclasında konkret sənədlərə və dəlillərə əsaslanan çıxışını xatırlatmaq istərdik.
Azərbaycan tərəfinin davamlı şəkildə qaldırdığı və ciddi narahatlıq doğuran bu meyllər artıq beynəlxalq hesabatlarda əks olunur və beləliklə də, Ermənistanda anti-semitizmin artımı ilə bağlı həyəcan təbili çalınır.
Etnik və dini zəmində nifrət siyasətinin heç bir gələcəyi yoxdur və bu fikirlər onu təşviq edən dövlətin və xalqın fəlakətinə çevrilə bilər. Ermənistan bu təhlükəli meyllərdən çəkinməli və xalqlararası sülh, əməkdaşlıq və rifahın yaradılması naminə səylər göstərməlidir. Sözsüz ki, bunun həm Ermənistana, həm bölgəyə, həm də beynəlxalq ictimaiyyətə faydası olacaq", - deyə məlumatda qeyd olunub.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


