Azərbaycana daha bir hərbi əsir qaytarılıb

   Azərbaycana daha bir hərbi əsir qaytarılıb
  29 Yanvar 2021    Oxunub:4107
Azərbaycan və Ermənistan arasında növbəti dəfə hərbi əsirlərin mübadiləsi baş tutub.
Azvision.az xəbər verir ki, bu barədə Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov bildirib.

“Mənim şəxsi nəzarətim altında Rusiya sülhməramlılarının apardıqları iş nəticəsində Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi əsirlikdə olan bir nəfəri Bakıya, beş hərbi əsiri isə İrəvana aparıb”, - general Muradov deyib.

Qeyd edək ki, daha öncə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Azərbaycanın beş erməni hərbi əsiri İrəvana qaytardığını açıqlamışdı.

Azvision.az


Teqlər: Əsir   Muradov  



Xəbər lenti