Badamdardakı sürüşmənin səbəbi məlum oldu

Badamdardakı sürüşmənin səbəbi məlum oldu
  29 Yanvar 2021    Oxunub:4473
Hazırda mütəxəssislər Badamdar yolunun sağ yamacında - 20-ci sahə adlanan ərazidə baş vermiş sürüşmə ilə bağlı ilkin müşahidələr aparırlar.
Bunu Azvision.az -a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

Onun sözlərinə görə, sağ yamacda çox böyük süxur kütləsi aşağıya doğru sürüşüb və yola keçib.

Xidmət rəisi bildirib ki, sürüşmənin dilinin minimal hündürlüyü 90 santimetrdən yuxarıdır. Yolun aşağı sol hissəsindəki restoranın qarşı tərəfində bəzi dağıntılar baş verib:

“İlkin müşahidələrə görə, yamacın Badamdar massivi hissəsində böyük kütlənin təsiri ilə qoruyucu divarlar da dayanıqlığını itirib və aşağı sürüşüb. Süxurlar islanmış süxurlardır. Süxur kütləsinin altından su sızması müşahidə olunmaqdadır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Badamdar   Sürüşmə  






Xəbər lenti