“Badamdarda sürüşmə gözlənilirdi” - FHN rəsmisi

“Badamdarda sürüşmə gözlənilirdi” -  FHN rəsmisi
  29 Yanvar 2021    Oxunub:2842
"Badamdar sürüşmə zonası Bakı şəhərinin təhlükəli ərazisidir. Bu, Bakının Baş Planı işlənəndə hər zaman nəzərə alınıb. Sovet dövründən başlayaraq bu ərazidə heç bir mühəndis hazırlıq işləri görülmədən çoxlu fərdi yaşayış evləri və sahibkarlıq obyektləri tikilib. Bu tiktinti işləri dünən, srağagün deyil, 40-60 il əvvəldən başlayıb"
Azvision.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, kanalizasiya işləri aparılmadığı üçün obyektlərin, binaların işlətdiyi sular yeraltı rezervlərdə toplanıb.

Badamdarda kanalizasiya sistemi qurulur
“Orada 3000 min yaşayış evi və obyektlər gün ərzində 500 litr su işlədirsə və kanalizasiya xətti yoxdursa, bu sular yerə sızdırılır və nəticədə sürşümə baş verib. Bu ərazidə son illərdə bir neçə dəfə sürüşmə hadisəsi olub. Bizim tərəfimizdən Yaponiyadan mütəxəssislər dəvət olunub, burada layihə işləri aparılıb. Artıq yükləri götürmək üçün istinad divarları çəkilib, ərazidən 3 ədəd 30 metr dərinliyində, 35 metr diametrdə drenaj quyuları qazılıb. Bu quyular yeraltı suların yığılaraq idarəedilməsi üçündür. İstinad divarlarının bir hissəsi tikilib. Bunun nəticəsində bir çox evləri uçqundan qoruduq”.

E.Əsədov bildirib ki, Badamdarda sürüşmə gözlənilirdi: “Çünki ərzidəki işlər başa çatmayıb. Dünən Xəzər dənizində 4,5 bal gücündə zəlzələ baş verib. Bu, kifayət qədər güclü zəlzələdir. Həmin zəlzələ ilə eyni vaxtda sürüşmə baş verib. Zəlzələ sürüşməni aktiləşdirib. Bu gün ərazidə işlər davam edir”.

FHN rəsmisi qeyd edib ki, ərazidə qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində işlər çoxdan aparılır: "Nə qədər sürətlə işləsək də, bu işlər başa çatdırılmayıb. Güman edirəm ki, sürüşmənin təsirindən bəzi layihə işlərində düzəlişlər edəcəyik”.

E.Əsədov sürüşmənin təkrar ola bilmə ehtimalını istisna etməyib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Badamdar   Sürüşmə  






Xəbər lenti