Bu şəxslərin valideynlərinə veriləcək müavinət iki dəfədən çox artırıldı

 Bu şəxslərin valideynlərinə veriləcək müavinət iki dəfədən çox artırıldı
  29 Yanvar 2021    Oxunub:12759
Baş nazir Əli Əsədov “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına dəyişiklik edib.
Azvision.az xəbər verir ki, dəyişikliyə əsasən, xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 50 manat həcmində müavinət müəyyən olunub.

Evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 50 manat həcmində müavinət müəyyən edilib.

Əvvəl hər iki məbləğ 22 manat olub.

Azvision.az


Teqlər: Xüsusi-təhsil   Valideyn  






Xəbər lenti