“Andiçmə günü təxribat hazırlanmışdı” - Lukaşenko

 “Andiçmə günü təxribat hazırlanmışdı” -  Lukaşenko
  29 Yanvar 2021    Oxunub:2532
Belarus Prezidenti Aleksandr Lukaşenko andiçməsi günü təxribat hazırlandığını bildirib.
Azvision.az xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb.

"Komitə sədri bir gün əvvəl yanıma gəldi, sənədlər masadadır: deputatlarla təxribat təşkil etmək istəyirlər", - deyə Lukaşenko söyləyib.

Onun sözlərinə görə, təxribatçılar deputatların andiçmə mərasiminə avtobuslarla gətiriləcəyini bilirdilər. Həmin şəxslər avtobusların pəncərələrini qırıb, molotov kokteyli atacaqdılar.

"Açılış haqqında heç kim danışmayacaqdı, hamı orada deputatların yandırıldığını deyəcəkdi. Bu nə ilə nəticələnə bilərdi?! Və necə davranmalı idim? Mən bacardığımı etdim".

Xatırladaq ki, Lukaşenkonun andiçmə mərasimi əvvəlcədən elan edillmədən 700 nəfərin iştirakilə ötən il 23 sentyabrda keçirilib. Mərasimə xarici qonaqlar və diplomatlar dəvət olunmayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Lukaşenko  



Xəbər lenti