Birgə Monitorinq Mərkəzi sabah fəaliyyətə başlayacaq

Birgə Monitorinq Mərkəzi sabah fəaliyyətə başlayacaq
  29 Yanvar 2021    Oxunub:4138
Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yanvarın 30-da fəaliyyətə başlayacaq.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” öz mənbələrinə istinadla məlumat yayıb.

Ağdam rayonunda yerləşən Birgə Mərkəz pilotsuz uçuş aparatları vasitəsilə monitorinqlər həyata keçirəcək.

Mərkəzə 60 Rusiya və 60 Türkiyə hərbçisi cəlb ediləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MonitonrinqMərkəzi  



Xəbər lenti