Ərdoğan Zərifi qəbul edib

 Ərdoğan Zərifi qəbul edib
  29 Yanvar 2021    Oxunub:2662
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Mediaya qapalı keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edir.

Xatırladaq ki, Zərif regional səfər çərçivəsində daha əvvəl Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstanda olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan   Zərif   Türkiyə  



Xəbər lenti