İdarəyə yeni rəis təyin olundu

  26 Mart 2013    Oxunub : 687
İdarəyə yeni rəis təyin olundu
Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin sərəncamı ilə Gəncə şəhər Gənclər və idman Baş İdarəsinə yeni rəis təyin edilib.
Qurumdan Apa-nın Qərb bürosunun verilən məlumata görə, bundan sonra sözü gedən vəzifəni Müşfiq Cəfərov icra edəcək.

Qeyd edək ki, M. Cəfərov ABŞ-da təhsil alıb, Gəncədə ictimai fəallığı ilə tanınan gənclərdən biridir.
O “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təsisçilərindəndir və bir neçə il bu təşkilatın sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, Gəncə şəhər Gənclər və idman İdarəsinin sabiq rəisi Mikayıl Zeynalov bir neçə ay öncə Gəncə şəhər icra hakimiyyəti başçısının birinci müavini təyin edilib.

AzVision.az

Teqlər: