Çində iş adamı edam edildi

Çində iş adamı edam edildi
  29 Yanvar 2021    Oxunub:9320
Çində partiya komitəsinin keçmiş katibi və ölkənin aktivləri idarə edən ən böyük şirkətinin “China Huarong Asset Management Co.Ltd”nin rəhbəri Lay Syaomin edam edilib.
Azvision.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Edam qərarı Tianjin Xalq Məhkəməsi tərəfindən qəbul edilib. O, korrupsiya, rüşvət və ikiarvadlılıqda günahlandırılıb.

Məhkəmənin çıxardığı edam hökmü bu gün səhər saatlarında icra olunub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Çin   Edam  





Xəbər lenti