Azərbaycanda Kino Agentliyi yaradılır

   Azərbaycanda Kino Agentliyi yaradılır
  30 Yanvar 2021    Oxunub:7352
Azərbaycan Respublikasının Kino Agentliyi yaradılacaq.
Azvision.az xəbər verir ki, bunu REAL TV-yə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

Onun sözlərinə görə, Agentliyin yaradılmasında məqsəd kino sənayesində müasir tələblərə cavab verən şərait yaratmaqdır.

Nazir, həmçinin qeyd edib ki, bu sahəyə investisiyaların cəlb olunması, xarici investorları kino sənayemizə cəlb etmək və bununla Azərbaycan kinosunun inkişafına nail olmaq hədəflənir.

Azvision.az


Teqlər: Kino   Agentlik   Nazir  





Xəbər lenti