Türkiyədə 128 nəfərdə “Britaniya ştammı” aşkarlanıb

 Türkiyədə 128 nəfərdə “Britaniya ştammı” aşkarlanıb
  30 Yanvar 2021    Oxunub:3050
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının mutasiya olunmuş versiyasının yayılması genişlənir.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, indiyədək Türkiyənin 17 şəhərində 128 nəfərdə koronavirusun Böyük Britaniyada aşkar edilən növünə rast gəlinib.

Xatırladaq ki, koronavirusun mutasiyaya uğramış yeni növü ilk dəfə Böyük Britaniyada yayılıb. 70 faiz yoluxucu olan virus bir çox Avropa ölkələrində də aşkarlanıb.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  



Xəbər lenti