Rusiyada dəhşətli qəzada ölənlərin sayı artdı - YENİLƏNİB
"Dəhşətli qəza 11 nəfərin həyatına son qoyub. On nəfər hadisə yerində ölüb, bir nəfər xəstəxanada vəfat edib", - deyə qubernator bildirib.
***
(22:43)
Rusiyanın Samara vilayətində 10 nəfər yol qəzasında həlak olub.
Azvision.az xəbər verir ki, hadisə Sızran rayonunda baş verib.
Belə ki, “DAF” markalı yük maşını, “Chevrolet Niva” minik avtomobili və “Citroen” sərnişin mikroavtobusunun toqquşması nəticəsində 10 nəfər ölüb, daha 14 nəfər yaralanıb.
Yaralılardan ikisinin vəziyyəti ağır, 8-nin vəziyyəti isə orta ağır kimi qiymətləndirilir. Qəzanın səbəbi məlum deyil. Araşdırma aparılır.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


