Son sutkada 570 mindən çox yoluxma qeydə alındı

Son sutkada 570 mindən çox yoluxma qeydə alındı
  30 Yanvar 2021    Oxunub:2055
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 102 milyon 635 min 172 nəfərə çatıb.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 216 min 418 nəfərdir. İndiyədək 74 milyon 329 min 275 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, ötən sutka ərzində 570 976 nəfər virusa yoluxub, 15 716 pasiyent vəfat edib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 26 512 193 nəfər virusa yoluxub, 447 459 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 734 026 yoluxma qeydə alınıb. Onlardan 154 184 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 9 119 477 nəfərdə virus aşkar edilib. Xəstələrdən 222 775 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 3 813 048 yoluxma, 72 185 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 3 772 813 nəfər virusa yoluxub ki, onlardan 104 371-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  



Xəbər lenti