Qırğızıstan prezidentinin mətbuat katibi həbs edildi

Qırğızıstan prezidentinin mətbuat katibi həbs edildi
  30 Yanvar 2021    Oxunub:1830
Qırğızıstan prezidentinin mətbuat xidmətinin rəhbəri Nurqazı Anarkulov rüşvət aldığına görə tutulub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat verib.

Qırğızıstanda bəzi məmurların ölkədən çıxışı qadağan edilib
"Saxlanılan şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, maddi zənginləşmə məqsədini güdərək, aparıcı dövlət vəzifələrindən birinə təyinatla bağlı müsbət qərar qəbul etmək üçün müraciət edən şəxsdən külli miqdarda pul istəyib", - deyə məlumatda bildirilib.

Şübhəli barəsində Cinayət Məcəlləsinin "rüşvətalma" maddəsi ilə istintaq başlanılıb.

Anarkulov keçən ilin oktyabrında Prezident Sadr Japarovun sərəncamı ilə Qırğızıstan prezidentinin mətbuat xidmətinin rəhbəri təyin edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qırğızıstan  



Xəbər lenti