“Mozart”da qalan üç heyət üzvü Türkiyəyə gətirildi

“Mozart”da qalan üç heyət üzvü Türkiyəyə gətirildi
  30 Yanvar 2021    Oxunub:1403
Nigeriyada dəniz quldurlarının hücumuna məruz qalan “Mozart” gəmisinin üç heyət üzvü İstanbula gətirilib.
Azvision.az xəbər verir ki, qaçırılan 15 heyət üzvü ilə bağlı dəniz quldurları ilə əlaqə qurulub.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Boden Denizçilik” şirkəti ilə danışıqların aparıldığını, yeni heyətin bölgəyə çatdığını bildirib.

Xatırladaq ki, yanvarın 23-də “Mozart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Hücum nəticəsində gəmidə olan 19 nəfər heyət üzvündən 15-i girov götürülüb. Hadisə zamanı gəminin azərbaycanlı mühəndisi Fərman İsmayılov qətlə yetirilib.

Azvision.az


Teqlər: Gəmi   Mozart  



Xəbər lenti