İŞİD liderlərindən biri məhv edildi

 İŞİD liderlərindən biri məhv edildi
  30 Yanvar 2021    Oxunub:1636
İraqda ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava hücumu nəticəsində İŞİD terror qruplaşmasının liderlərindən biri məhv edilib.
Azvision.az xəbər verir ki, bu barədə “New-York Times” nəşri yazıb.

Məlumata görə, Əbu Yasir kimi tanınan Cabbar Salman Əli Fərhan əl-İssavi zərərsizləşdirilib. Eyni zamanda daha 9 İŞİD yaraqlısı da öldürülüb.

Koalisiyanın nümayəndəsi Ueyn Marottonun sözlərinə görə, əl-İssavinin ölümü terror təşkilatı üçün ciddi zərbədir. O, İraqdakı “İslam Dövləti” yaraqlılarının fəaliyyətinə rəhbərlik edib və qruplaşmanın ölkədəki təsirini bərpa etməyə çalışıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İraq  



Xəbər lenti