Rusiya hərbçiləri Monitorinq Mərkəzinə yola düşdü

 Rusiya hərbçiləri Monitorinq  Mərkəzinə yola düşdü
  30 Yanvar 2021    Oxunub:2643
Rus hərbi personal Dağlıq Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yerləşdiyi bölgəyə yola düşüb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rus hərbçiləri Qarabağda atəşkəsə “Forpost” və “Orlan-10”la nəzarət edir
Qeyd edilib ki, bir neçə gün ərzində Xankəndindəki Rusiya sülhməramlı kontingentinin hərbçiləri Birgə Mərkəzin işinin təşkili qaydasını, quruluşu, məqsədi, vəzifələri və funksiyalarını, habelə ərazilərində tapşırıqları yerinə yetirməli olduqları ölkənin mədəniyyəti, ənənələri və xüsusiyyətlərini öyrəniblər.

Rusiya və Türkiyənin paritet əsasda təmsil olunduğu Birgə Mərkəzin heyəti vəziyyətə nəzarət və atəşkəsin monitorinqini pilotsuz uçuş vasitələrindən istifadə etməklə yerinə yetirəcək.

Ağdamda yerləşən Birgə Mərkəzdə 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: MonitorinqMərkəzi   Rusiya   Qarabağ  



Xəbər lenti