|
| Samir Nuriyevin sədrliyi ilə Qərargah yaradıldı, İşçi Qrupun iclası keçirildi |
Dövlət başçısının tapşırığını rəhbər tutaraq, İdarələrarası Mərkəzdə “Enerji təminatı məsələləri” İşçi Qrup yaradılıb.
Bu istiqamətdə İdarələrarası Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov, Azəriqaz“ İB-nin baş direktoru Ruslan Əliyev, Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə İşçi Qrupun iclası keçirilib.
Tədbirdə bu sahədə fəaliyyət göstərən qurumların işğaldan azad olunmuş ərazilərdə birgə koordinasiya olunmuş fəaliyyətinin təmin edilməsi, yaşıl enerji zonasının yaradılması məqsədilə bərpa olunan enerji mənbələrindən istifadə, ekoloji normaların gözlənilməsi və s. kimi məsələlər müzakirə edilib, görüləcək işlər və atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


