Kiyevdə müxalifət partiya qərargahını ələ keçirdi
Onların binaya ehtiyat qapıdan daxil olduğu bildirilir. Qərargahdakılar təcili şəkildə ofisi tərk ediblər. Bəzi Ukrayna KİV-ləri ofis işçilərindən birinin girov götürüldüyünü və sonra isə döyərək azadlığa buraxdığını yazıb.
Ətrafdakı maşınlara da od vuran müxalifətçilər ofisdən sənədləri çıxardıb. “Batkovşina” partiyasından parlament deputatı olan Lesya Orobets sənədlərin bir hissəsinin yandırıldığını, bir hissəsinin isə tədqiq olunmaq üçün saxlanıldığını bildirib.
Vüqar İsmayılov