Ermənilər ABŞ-dakı səfirimizi təhdid edir

   Ermənilər ABŞ-dakı səfirimizi təhdid edir
  30 Yanvar 2021    Oxunub:6162
Azərbaycanın ABŞ-dakı səfiri ermənilər tərəfindən təhdid olunur.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, Amerikanın Erməni Milli Komitəsi (ANCA) Azərbaycanın ABŞ-dakı Səfirliyini hədəf alaraq, ölkəmizə, habelə səfir Elin Süleymanova qarşı nifrət zəminində və təhdid xarakterli ifadələrlə dolu kampaniyaya başlayıb.

“ANCA rəsmi "Twitter" və "Facebook" hesabında səfiri müharibə cinayətlərində ittiham edib. ANCA-nın bu statusu bir sıra erməni icması üzvlərinin ölkəmizə və səfirə qarşı eyni zəmində təhqir dolu mesajlar paylaşmasına səbəb olub”, - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: ABŞ   Səfir   Azərabycan   Təhdid   Erməni  






Xəbər lenti