Sənədli filmdə bir sıra maraqlı detallar müqayisəli şəkildə izah edilib, demək olar ki, Ermənistan hakimiyyətinin bütün uğursuz siyasi və hərbi gedişləri çılpaqlığı ilə göstərilib.
Erməni mediası Mxitaryanın filmini maraqlı başlıqla yayımlayıb: “44 gün qalib gələcəyimizə əmin idik, amma 45-ci gün məğlub olduğumuz bilindi”.
|
| Paşinyan Konstitusiya ilə bağlı söz verdi |
“Qoşunlarımız Çaykənd və Şaumyana daxil olub? Gəncə hava limanı yoxa çıxdı? Müharibə 19 oktyabrda kimin qərarı ilə yekunlaşmadı? Bu film 44 gün ərzində müharibəni qazanacağımıza necə əmin edildiyimizdən bəhs edir. Halbuki, 45-ci gündə məğlub olduğumuz məlum oldu”.
Qeyd edək ki, artıq film sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


