Türkiyə hərbçiləri artıq Azərbaycandadır

   Türkiyə hərbçiləri artıq Azərbaycandadır
  30 Yanvar 2021    Oxunub:3408
“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində yer alacaq türkiyəli heyət artıq Azərbaycandadır”.
Bunu Azvision.az -a Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Polkovnik bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatının müvafiq bəndinə əsasən yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gündən etibarən fəaliyyətə başlayır.

"Birgə Monitorinq Mərkəzində təmsil olunacaq türkiyəli hərbçilər Azərbaycana gəliblər. Onu da qeyd edim ki, Birgə Monitorinq Mərkəzində təmsil olunacaq rusiyalı hərbçilər isə artıq ölkəmizdədir”, – deyə V.Dərgahlı qeyd edib.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Birgə   Monitorinq   Mərkəz  






Xəbər lenti