Əfqanıstanda hərbçilərə hücum olub - Ölənlər var

Əfqanıstanda hərbçilərə hücum olub -  Ölənlər var
  30 Yanvar 2021    Oxunub:2116
Əfqanıstanın Nanqarhar əyalətində minalanmış avtomobilin partladılması nəticəsində təhlükəsizlik qüvvələrinin 8 üzvü həlak olub.
Azvision.az “Tolo News"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Avtomobil blokpost yaxınlığında partladılıb.

Əyalət rəhbərinin müavini Obaydulla Şinvari isə terror aktı nəticəsində 14 hərbçinin öldüyünü bildirib.

Hadisənin məsuliyyətini “Taliban” öz üzərinə götürüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan  



Xəbər lenti