Azvision.az xəbər verir ki, erməni jurnalistlər onun xidməti avtomobilinin restoranın qarşısında dayandığını əks etdirən foto paylaşıblar.
“Müdafiə nazirliyinə məxsus xüsusi dövlət nömrəli xidmət maşını restoranın girişində dayanıb. Minlərlə ailə itkin düşmüş və əsirlikdə qalan uşaqlarını axtararkən, 5000-dən çox qurbanın ölümü və torpaqların itirilməsi görə kədərlənərkən, Ermənistanın müharibədəki məğlubiyyətində günahkar olanlar restoranlarda həyatdan zövq alırlar”, - deyə erməni KİV-ləri yazıb.
Xatırladaq ki, müharibədən sonra dəfələrlə yüksək rütbəli erməni məmurların, hətta baş nazirin həyat yoldaşı Anna Akopyanın restoranlarda əylənməsi erməni cəmiyyətində sərt şəkildə qınanıb.
Tural Tağıyev
Azvision.az