İranda 30 yaşlı idmançı edam edildi

 İranda 30 yaşlı idmançı edam edildi
  30 Yanvar 2021    Oxunub:4567
İranda güləşçi Mehdi Əli Hüseyn edam edilib.
Azvision.az xəbər verir ki, 30 yaşlı idmançı 2015-ci ildə kütləvi dava zamanı qətl törətməkdə ittiham olunub.

Eyni zamanda onun ailəsi əfv üçün müraciət etməyib.

Bu, son aylarda İranda edam edilən ikinci idmançıdır. 2020-ci ilin sentyabrında ölkə çempionu Navid Afkari 2018-ci ildəki hökumət əleyhinə nümayişlərdə iştirak etdiyinə görə edam olunub.

Bundan əvvəl, ABŞ rəhbərliyi idmançının edamı ilə əlaqədar İranın məhkəmə sisteminə qarşı sanksiyalar tətbiq edəcəyini açıqlamışdı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: edam  



Xəbər lenti