"Monitorinq Mərkəzinin açılması sülhməramlı fəaliyyətdə yeni mərhələdir" - Aleksandr Fomin
Aleksandr Fomin deyib: “Atəşkəs rejiminə nəzarət üzrə Birgə Monitorinq Mərkəzinin yaradılması Rusiya və Türkiyənin Müdafiə nazirliklərinin sıx əməkdaşlığına və bölgədə sabit sülh üçün əlverişli şəraitin yaradılmasına xidmət edir. Azərbaycan, bilavasitə dövlət başçısının rəhbərliyi ilə bu gözəl mərkəzin yaradılması və zəruri avadanlıqla təchiz olunması üçün çox böyük iş aparıb. Bu, bizim sülhməramlı fəaliyyətimizdə mahiyyətcə yeni mərhələdir”.
Rusiyanın Türkiyə ilə qarşılıqlı fəaliyyət sahəsində böyük müsbət təcrübəyə malik olduğunu vurğulayan Aleksandr Fomin qeyd edib ki, Suriya ərazisində münaqişədən sonrakı nizamlama prosesində qarşılıqlı əməkdaşlıq buna gözəl nümunədir.
Həm rusiyalı, həm də türk hərbçilərinə müraciət edən Aleksandr Fomin deyib: “Bu torpaqlarda sülhün bərqərar olması üçün bütün zəruri tədbirlərin nə dərəcədə sürətlə və etibarlı görülməsi indi sizdən asılıdır”.
Azvision.az
Teqlər: Sülhməramlı Rusiya General







Vaxtında, Aydın, Lazımlı!


