18 şəhidin məzarı Yasamaldakı Şəhidlər Xiyabanına köçürüldü
Azvision.az xəbər verir ki, məzarların köçürülməsi prosesi din xadimlərinin və şəhidlərin yaxınlarının iştirakı ilə icra edilib.
Qeyd edək ki, məzarların yerinin dəyişdirilməsi ilə bağlı şəhid ailələrinin müraciətləri onların iştirakı ilə ətraflı araşdırılıb, yaranmış problemin optimal həll yolu müəyyən edilib.
Yanvarın 30-da rəsmi qurumların şəhid ailələri ilə bir daha görüşü keçirilib, onların məzar yerlərinin dəyişdirilməsi ilə bağlı ümumi istəyi nəzərə alınıb və müvafiq qərar qəbul edilib.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


