Saakaşvili əvvəlki səfiri Azərbaycana göndərir

Saakaşvili əvvəlki səfiri Azərbaycana göndərir
  26 Mart 2013    Oxunub:1237
Mixeil Saakaşvili Azərbaycandakı səfiri postuna əvvəlki səfir Teymuraz Şaraşenidzenin təsdiq edilməsi üçün parlamentə təqdim edib.
AzVision.az-ın gürcü mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə prezidentin mətbuat xidmətindən məlumat veriblər.

Azərbaycanla yanaşı Litva, Qazaxıstan, Türkiyə və Avropa Şurasına da səfirlərin təsdiq edilməsi üçün sənədlər parlamentə göndərilib.

Parlamentdə müəyyən komitələr namizədləri təsdiq etdikdən sonra baxılması üçün parlamentin sessiyasına təqdim edəcək.

Qaydaya görə, parlamentin təsdiqindən sonra Gürcüstan səfirin təyin edilməsi üçün fərman imzalayacaq.



Teqlər:  





Xəbər lenti