XİN-dən ermənilərin səfirimizi təhdid etməsinə münasibət
"Biz əlbəttə, bu kimi əməlləri qətiyyətlə pisləyirik və müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını gözləyirik.
Məlum olduğu kimi, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir.
Vurğulamaq istərdim ki, xarici ölkələrdəki radikal ermənilərin bu kimi əməlləri onu nümayiş etdirir ki, bu insanlar bölgəmizdə sülh və əminamanlığın bərqərar olması, xalqların birgə yaşayışınında maraqlı deyillər. Onların bu əməlləri yalnız xalqlararası ədavət və düşmənçiliyin qızışdırılmasına xidmət edir. Bu isə bir daha onu göstərir ki, xarici ölkələrdəki bu kimi erməni ünsürləri nə Ermənistanın, nə də erməni xalqının gələcək rifahını düşünmürlər”, - deyə XİN rəsmisi qeyd edib.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


