Ermənistanın adı dəyişdirilsin – nazirdən təklif

  18 Fevral 2014    Oxunub : 368
Ermənistanın adı dəyişdirilsin – nazirdən təklif
Ermənistanda yaşayış məntəqələrinin adı dəyişdirilir. Onların arasında Azərbaycanın işğal altında olan rayon və kəndləri də var.
Yaxın müddətdə Ermənistanda 21 yaşayış məntəqəsinin adları dəyişdiriləcək. Bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, adları dəyişdiriləcək olanlardan 3-ü şəhər,qalanları isə kəndlərdir. Bu kəndlərin arasında Azərbaycanın işğal altında olan kəndləri də var. Artıq 21 yaşayış məntəqəsinin rəhbəri ad dəyişmə ideyasını bəyənib, yerdə qalan 20 yaşayış məntəqəsinin başçıları isə bunu məqsədəuyğun hesab etmir.

Bir müddət əvvəl isə Ermənistanın elm və təhsil naziri Armen Aşotyan Ermənistanın özünün adının dəyişdirilməsini təklif edib: `Hesab edirəm ki, nəinki yaşayış məntəqələrinin, elə Ermənistanın özünun adını dəyişdirmək lazımdır. Bu labüddür`. Onun bu çıxışı ölkədə rezonansa səbəb olub.

Səbinə Həsənova

Teqlər: