Bu gündən kafe və restoranlar açılır

   Bu gündən kafe və restoranlar açılır
  01 Fevral 2021    Oxunub:2942
Bu gündən Azərbaycanda restoran, kafe və çayxanaların fəaliyyətinə icazə verilib.

Azvision.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmət bərpa olunub.
İaşə müəssisləri şənbə və bazar günləri də yerində xidmət göstərə biləcək.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

Azvision.az


Teqlər: Kafe   Restoran   Çayxana  






Xəbər lenti