“Gücüm yalnız Allaha dua etməyə çatır” - Rəmişin xanımı

“Gücüm yalnız Allaha dua etməyə çatır” -  Rəmişin xanımı
  01 Fevral 2021    Oxunub:6544
"Rəmişin xəstəxanada müalicəsi davam edir. Hazırda reanimasiyadadır. Gücüm yalnız Allaha dua etməyə çatır".
Bunu Azvision.az -a tanınmış gitara ifaçısı, Xalq artisi Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Güllü Hüseynova deyib.

"Həkimlər nə lazımdırsa edirlər. Gözləyirik, ona görə də vəziyyətinin hansı istiqamətə dəyişəcəyini dəqiq deyə bilmirəm. Mən də xəstəxanadayam, Rəmiş yaxşı olanda yaxşılaşıram, pis olanda pisləşirəm. Mən Rəmişlə nəfəs alıram".

Qeyd edək ki, ötən həftə səhhəti pisləşən Rəmiş Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. O, oksigen çatışmazlığından əziyyət çəkir, qaraciyərində problem var. Xalq artistinin müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rəmiş   gitaraçı  





Xəbər lenti