Azərbaycanla Meksika arasında mədəni əlaqələr müzakirə edilib

Azərbaycanla Meksika arasında mədəni əlaqələr müzakirə edilib
  01 Fevral 2021    Oxunub:2274
Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Müasir İncəsənət Muzeyinin direktoru Xəyyam Abdinov ilə görüşüb.
Bu barədə Azvision.az -a Meksika səfirliyindən məlumat verilib.

Görüş əsnasında tərəflər əməkdaşlığın gələcək perspektivlərini, ələlxüsus da müştərək layihə və tədbirlərin təşkili və qeyd olunması kimi məsələləri müzakirə ediblər.

Bu xüsusda, pandemiya şəraitində təyin olunan yeni qaydalara riayət və incəsənət nümayəndələrini tamaşaçılara yaxınlaşdırmaq üçün yeni texnologiyalardan istifadə vurğulanıb.

Səfir Labardini hər iki xalq arasındakı mədəni əlaqələrin vacibliyini önə çəkib. Böyük sayda meksikalı müəlliflərin Azərbaycan tamaşaçısı ilə həmsöhbət olmalarına imkan yaradan və pandemiya dövründə rəqəmsal platformalar vasitəsilə səfirlik tərəfindən həyata keçirilən bir sıra mədəni tədbirlərdən məlumat verib.

Hər iki tərəf yaxın gələcəkdə sərginin ərsəyə gəlməsinə dair istəklərini ifadə ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MüasirİncəsənətMuzeyi  



Xəbər lenti