“Biz öz torpaqlarımızda əbədi yaşayacağıq” - Spiker

   “Biz öz torpaqlarımızda əbədi yaşayacağıq” -    Spiker
  01 Fevral 2021    Oxunub:2695
Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti və müdrikliyi Azərbaycanı qələbədən qələbəyə aparır.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Spiker bildirib ki, Azərbaycan xalqı 2020-ci ili uğurla başa vurub, 2021-ci ilə böyük uğur və ümidlərlə daxil olub.

S.Qafarova qeyd edib ki, 2020-ci ildə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad etdi:

“Döyüş meydanında əldə olunan qələbə siyasi müstəvidə də təsdiq edilib və Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb. Biz doğma torpaqlarımıza, Qarabağa, Qarabağın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi olaraq yaşayacağıq”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MM   Spiker   Sahibə-Qafarova  






Xəbər lenti