Türkiyə XİN Myanmadakı hərbi çevrilişi pislədi
“Həbs olunduğu bildirilən bütün seçilmiş liderlərin, siyasi xadimlərin və mülki şəxslərin dərhal sərbəst buraxılmasını gözləyirik.
Myanmada xalqın azad iradəsi ilə qurulan yeni parlamenti ən qısa müddətdə toplanmağa və seçilmiş liderlər, demokratik qurumlar qarşısında qoyulan maneələri aradan qaldırmağa çağırırıq.
Bu çətin durumun Myanmada ağır şərtlər altında yaşayan Rohinga müsəlmanlarının vəziyyətini daha da pisləşdirməyəcəyinə ümid edirik", -deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, Myanmada ordu ölkənin Prezidenti Vin Myini, dövlət müşaviri Aun San Su Kyini, habelə hakim “Demokratiya uğrunda Milli Liqa” partiyasını təmsil edən bir neçə yüksək vəzifəli şəxsi həbs edəndən sonra ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Myanma







Vaxtında, Aydın, Lazımlı!


