İran ilk hərbi gəmisini satışa çıxardı

İran ilk hərbi gəmisini satışa çıxardı
  26 Mart 2013    Oxunub:1978
İran Xəzər dənizindəki ilk hərbi gəmisini satışa çıxarır.
"Cəmaran 2" adlanan gəminin istehsalı 75 milyon dollara başa gəlib və İran bu gəmini qonşu ölkələrə satmağı planlaşdırır. 94 metr uzunluğu, 11 metr eni olan gəmi yerli mütəxəssislər və daxili imkanlar hesabına inşa edilib. Hazırlanmasına 6 il vaxt sərf olunan və elektron hərbi radar sistemləri ilə təchiz olunan gəmiyə əlavə dəniz və hava hədəfləri üçün müxtəlif növ raket və toplar yerləşdirilib.

"Cəmaran" suyun üzərində, altında və havada yerləşən hədəflərlə döyüşmək qabiliyyətinə malikdir. Bundan əlavə, gəminin göyərtəsində helikopter yerləşdirmək də mümkündür. Gəmi "elektron müharibədə" də istifadə oluna bilər. İran Cəmaran adlı ilk böyük gəmisini 2010-cu ilin fevral ayında Bəsrə körfəzinə buraxmışdı. Satışa çıxarılan gəmi isə ötən həftə, martın 17-də istifadəyə verilib.


Teqlər:





Xəbər lenti