|
| Naxçıvanda əhali arasında qrip əleyhinə vaksinasiya aparılır |
- Peyvəndlənmənin müsbət tərəfləri nədir və nə üçün tövsiyə olunur?
- COVID-19 infeksiyasına qarşı vaksinasiyanın aparılmasının əsas məqsədi əhali arasında kollektiv immunitetin yaranması, bu infeksiyanın yayılmasının qarşısının alınması və idarə edilən səviyyəyə çatdırılmasına nail olmaqdır. Yoluxma halları baş verdikdə belə vaksin vasitəsi ilə qazandığımız anticimlər sayəsində xəstəlik yüngül şəkildə keçiriləcək. Vaksinasiyada əsas məqsəd ağırlaşmaların və ölüm hallarının qarşısını almaqdır.
- Ümumi əhalinin neçə faizi peyvəndlənmədən keçməlidir ki, kütləvi immunitet pandemiyaya öz təsirini göstərsin?
- Əhali arasında xəstələnmə nəticəsində yaranan təbii immunitet və eyni zamanda vaksinasiya tədbirləri nəticəsində yaranan süni immunitet əhalinin 70%-də formalaşarsa, epidemik proses sönəcək.

- Peyvəndlənmə dövrü ilə bağlı əhaliyə nə kimi məsləhətlər görürsüz?
- Ölkədə vaksinasiya tədbirləri mərhələlərlə həyata keçirilir. Birinci mərhələdə əhalinin risk qrupları peyvənd olunacaq. Bu əhali qruplarına ilk növbədə tibb işçiləri, tənəffüs sisteminin xroniki xəstəlikləri olan şəxslər, yaşı 65 yaşdan yuxarı olan insanlar və digərləri aiddir.
Azərbaycanda istifadə olunan “CoronaVac“ vaksini təhlükəsiz və effektivdir. Vaksinin effektivliyi klinik tədqiqatlar əsasında yüksək (91,5%) qiymətləndirilib. Peyvəndləmə bu xəstəliklə mübarizədə əsas vasitədir.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


