Ermənistanın “silah baronu” həbs edildi

 Ermənistanın “silah baronu” həbs edildi
  01 Fevral 2021    Oxunub:2504
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Müdafiə Nazirliyinə köhnə və istifadəyə yararsız silahlar tədarük etdiyi üçün Patron Davo kimi tanınan iş adamı David Qalstyanı həbs edib.

Azvision.az xəbər verir ki, bu barədə MTX-nin mətbuat xidməti məlumat yayıb.
Yaxşı (Baqr)at qamçı vurdurmaz… | Ədalət Verdiyevin yazısı
Qeyd edilib ki, David Qalstyan xaricdə qeydiyyatdan keçmiş bir şirkətin idarə heyətinin sədri olmaqla, eyni şirkətin direktoru A.B. ilə əvvəlcədən əlbir olaraq böyük miqdarda vəsait ələ keçirmək məqsədilə Müdafiə Nazirliyi ilə 1983-1986-cı illərin topları üçün mərmilərin tədarükü barədə razılşama imzalayıb. Lakin bağlanmış müqavilənin tələblərinə cavab verməyən, yəni 1977-ci il Çex silahları üçün köhnə mərmilər tədarük edilib.

“Taktiki və texniki xüsusiyyətlər baxımından çatdırılan mərmilər tədarük edilməli olanlardan xeyli aşağı keyfiyyətdə idi. Bu mərmi ilə döyüş tapşırıqlarını həll etmək mümkün deyildi. Şirkət müqavilə əsasında 523 milyon dram (təxminən 1.08 milyon dollar) əldə etdi".

Qalstyan və şirkətin direktoru bu işə təqsirləndirilən şəxs qismində cəlb edilib. MTX hər ikisi barədə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət edib.

MTX, həmçinin Müdafiə Nazirliyinə tədarük zamanı törədilmiş sui-istifadə cinayətlərini, digər korrupsiya hallarını da araşdırır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Silah  





Xəbər lenti