Paşinyanın tərəfdarları ölkədən qaçır

 Paşinyanın tərəfdarları ölkədən qaçır
  01 Fevral 2021    Oxunub:2385
Tanınmış erməni ictimai xadim Hrant Xalatyan ölkəsindən Rusiyaya miqrant axınına sərt münasibət bildirib.
Azvision.az xəbər verir ki, erməni fəal Ermənistandan qaçanların Paşinyanın tərəfdarları olduğunu söyləyib.

"Bu gün fevralın biridir. Artıq COVID testi mənfi olan Ermənistan vətəndaşları bu gündən etibarən sərbəst şəkildə Rusiyaya gedə bilərlər. Əminəm ki, Ermənistan tarixində ən böyük mühacirət başlayacaq. Demək olar ki, mühacirlərin 90% -i 2018-ci ilin aprel ayında küçələri, yolları bağlayanlar və dekabrda isə “öz addım”larından olan bloku (Paşinyanın "Mənim addımım" bloku-red) seçənlərdir.

Həmişə bu tip mühacirlərin səhvləri üzündən ölkə və millət çətinlik içində qalır, onlar isə qaçırlar. Ancaq bu da ən ağrılı şey deyil. Bir neçə ildən sonra həmin insanlar bizə, ölkədə qalanlara növbəti vətənpərvərlik dərslərini verməyə başlayacaqlar" , - deyə erməni fəal bildirib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Mühacirət   Mənim-addımım   Rusiya  





Xəbər lenti