“O günə kimi qələbəyə inanırdım” - Ovannisyandan Şuşa açıqlaması

 “O günə kimi qələbəyə inanırdım” -  Ovannisyandan Şuşa açıqlaması
  01 Fevral 2021    Oxunub:9936
"Düşünürdüm ki, biz qalib gələcəyik, əgər qalib olacağımızı düşünürdümsə, bu, kimisə aldatmaq demək deyil".

Azvision.az xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi Artsrun Ovannisyan deyib.
O bildirib ki, Şuşanın süqutuna qədər qələbəyə inanıblar: “Siz əzilən, məğlub olan və çətin günlər yaşayan bir zabitlə danışırsınız. Mən çox üzgünəm, bütün insanlar üzgündür. Müharibə boyu inandım. Xalq nizamlı ordunun şanlı bir şəkildə vuruşduğuna inandı – mən də məhz bunu təsəvvür edirdim. Ordunun necə döyüşdüyünü bildiyim halda, başqa nə danışa bilərdim?”.

Ovannisyan vəzifəsindən istefa verdi
Şuşaya necə girməyin mümkünlüyü barədə soruşulduqda Ovannisyan deyib: “Bilmirəm. Mənim də başa düşmədiyim şeylər var. Öyrənmək lazımdır, hər gün müharibə zamanı başa düşmədiyim bir çox anlaşılmazlıqları aydınlaşdırmaq üçün yeni məlumatlar toplayıram. Yaxud mən ordudan natamam, ziddiyyətli məlumatlar almışam. Müharibə boyu yalnız Müdafiə Nazirliyindən və əməliyyat qərargahından məlumat alırdım və bir şey əlavə etmək lazım olsa, nizami qoşunlarla əlaqə qururdum.

9 noyabr tarixinədək başqa bir məlumatım yox idi. 8 noyabrda Petros Qəzaryanın yanında olduğum zaman Müdafiə Nazirliyindən şəhəri az qala təmizlədiyimizə dair bir məlumat gəldi. Noyabrın 9-da səhər şəhərin təmizlənəcəyini gözləyirdik, amma 9-da olan oldu".

Ovannisyan, müharibə zamanı baş nazirin həyat yoldaşı Anna Akopyanla görüşməsi barədə xəbərləri təkzib edib: “Bu, tamamilə yalandır. Onu uzaqdan belə görmədim”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArtsrunOvannisyan  



Xəbər lenti