“İnsanların vaksinasiyaya qarşı hər zaman şübhələri olub. Böyük qrup insanlar anti-peyvəndçilərdir. Bu, hətta bütün dünyada belədir. Heç bir peyvəndi etməyənlərlə yanaşı, könüllü şəkildə peyvəndə gedən insanlar da var. Tərəzinin bir gözünə COVID-19 və onun ağırlaşamalarını, digər gözünə vaksin və ehtimaldan az olan yan təsirləri qoysaq, vaksin qalib gələr.
Yolumuz uzundur, lakinin əhalinin böyük hissəsinin vaksinasiya olunması lazımdır. Ölkəmizdə tətbiq olunan “Coronavac” vaksini innaktiv vaksindir. Bildiyimiz kimi peyvəndlərin canlı olanları da olur və bunların əks göstərişləri, yan təsirləri çox olur. İnnaktiv vaksin öz immun sistemimizə virusu tanıdır, onunla qarşılaşanda hazırlıqlı olur və qısa müddətdə özündən uzaqlaşdırmaq qabiliyyətinə malik olur. Bütün dünyada vaksinlərin 60-90 faiz effektivliyi görsənir. Gəldiyimiz yol qısadır. Nəticələri tam dəyərləndirmək üçün zamana ehtiyac var”.

V.Yaşar qeyd edib ki, vaksinləri vurduran insanların böyük əksəriyyətində yan təsirlər müşahidə edilmir: “Ümid edirik ki, ciddi yan təsir olmayacaq. Olarsa qeydiyyata alınır və araşdırılır. Bu, bütün dünyada belədir.
Peyvəndin birinci dozasından ortalama 14 gün və ya 58-60 gün sonra 60 faiz üzərində qoruyuculuq yaranır. İkinci dozanı qəbul etməsək, kifayət qədər qoyuruculuq yaranmayacaq, antitel olmayacaq.
Vaksini vurdurmağın məqsədi odur ki, ölüm az olsun, yoluxma zənciri qırılsın. Əhalinin əksəriyyəti xəstəliyi yüngül keçirir, lakin xroniki xəstəliyi olanlarda ağır keçir. Bir çoxları deyir ki, onkoloji xəstələr müalicələrarası fasilələr zamanı peyvəndlənə bilər. Ağır preparatları qəbul etdikləri dönəmdə deyil, ara dönəmlərdə vaksin vurdursalar yaxşıdır. Birmənalı şəkildə deyə bilmərik ki, onkoloji xəstələr peyvənd almasınlar. Onlar həkim nəzarətində bunu etməlidir”.
Aytən Zəhra
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


