Ermənistanda komitə sədri istefa verdi

Ermənistanda komitə sədri istefa verdi
  01 Fevral 2021    Oxunub:1949
Ermənistan Dövlət Əmlak Komitəsinin sədri Narek Babayan vəzifəsindən istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Məlumata görə, Babayan istefa ərizəsini yazıb. Onun bu qərarı verməsinə səbəb ərazi idarəetmə naziri Suren Papikyanla münasibətlərinin gərgin olmasıdır. Papikyan ona baş nazir Nikol Paşinyanla birbaşa təması qadağan edib.

Babayan özü bu məlumatı təkzib edib, istefanın səbəbini açıqlamayıb

Xatırladaq ki, o, Ermənistanın parlament sədrinin müavini Lena Nazaryanın həyat yoldaşıdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: istefa  



Xəbər lenti